Bank Of Baku

Azərbaycan bankları son bir ildə investisiyaları 69% artırıb

Azərbaycan bankları son bir ildə investisiyaları 69% artırıb
# 02 fevral 2009 11:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların məcmu investisiyalarının həcmi 2009-cu ilin yanvar ayının 1-nə 795,77 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, ötən il ərzində bu göstərici 323,47 mln. manat və ya 68,5% artıb.
Eyni zamanda bildirilir ki, investisiyaların aktivlərdə xüsusi çəkisi 7,75% təşkil edir ki, bu da 2007-ci ilin yekunu ilə müqayisədə 0,73 faiz bəndi çoxdur.
Ümumilikdə, il ərzində investisiyaların həcmi sabit şəkildə artıb:




Göründüyü kimi, artımın əsas hissəsi ilin sonuncu rübünə təsadüf edib. Belə ki, IV rübdə investisiyaların artımı 237,2 mln. manat və ya ümumi illik arımın 73,3%-ni təşkil edib. Bunun əsas səbəbi banklar tərəfindən kreditləşmənin məhdudlaşdırılmasıdır ki, banklar kreditlərə deyil, qısamüddətli investisiyalara üstünlük verir, çünki adətən kreditlər daha uzunmüddətli olur. O cümlədən, qiymətli kağızlara investisiyalar banklar tərəfindən böyük fəallıqla yatırılır. Ötən ilin son rübündə dövlət qiymətli kağızları, xüsusən də 100%-lik likvidliyə malik olan Milli Bankın notları bazarında banklar tərəfindən təqdim edilən tələbat təklifi üstələyib.
Bu baxımdan vurğulamaq lazımdır ki, bank investisiyalarının tərkibində əsas hissəni qısamüddətli investisiyalar təşkil edir. Eyni zamanda, son vaxtlar banklar əsas vəsaitlərə, o cümlədən filial şəbəkəsinin genişləndirilməsinə investisiyaları artırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR