«APA-Economics»in sığorta şirkətlərinin ümumi daxilolmalarda xüsusi çəkisi üzrə tərtib etdiyi renkinqdə ilk yeri «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti tutub. Belə ki, bu şirkətin ümumi sığorta haqlarında xüsusi çəkisi 12,20%-ə bərabərdir.
Sonrakı iki yeri isə «MBASK» (10,35%) və «Atəşgah Sığorta» şirkətləri (9,12%) tutub. Bu üç şirkətin daxilolmalarının həcmi isə məcmu sığorta haqlarının 31,63%-nə bərabərdir.
Aşağıda «APA-Economics»in sığorta şirkətlərinin ümumi sığorta haqlarında xüsusi çəkisi üzrə tərtib etdiyi renkinq cədvəli göstərilir:
| Sığorta təşkilatları
| Xüsusi çəki |
1 | Azərsığorta | 12,20% |
2 | MBASK | 10,35% |
3 | Atəşgah | 9,12% |
4 | Beynəlxalq Sığorta Şirkəti | 8,61% |
5 | Standard İnsurance | 7,82% |
6 | Azalsığorta | 7,49% |
7 | AzSığorta | 5,35% |
8 | Xalq Sığorta | 4,90% |
9 | Bakı Sığorta | 4,72% |
10 | Paşa Sığorta | 4,71% |
11 | A-Group | 4,32% |
12 | Qarant Sığorta | 4,13% |
13 | AtaSığorta | 2,02% |
14 | Star Alliance | 2,00% |
15 | Azərbaycan Sənaye Sığorta | 1,97% |
16 | Başak-İnam | 1,70% |
17 | Günay Anadolu | 1,27% |
18 | Kavkaz Sığorta | 1,17% |
19 | BE&G | 1,12% |
20 | Era Trans | 1,03% |
21 | AIG Caspian | 0,90% |
22 | Thames İnsurance Group | 0,89% |
23 | Alfa Sığorta | 0,74% |
24 | Azərqarant | 0,59% |
25 | Əmrah Sığorta | 0,31% |
26 | Fidan Sığorta | 0,30% |
27 | Nişan Sığorta | 0,06% |
28 | Qala Sığorta | 0,03% |
Qeyd: Cədvəl Maliyyə Nazirliyinin təcili məlumatları əsasında hazırlanıb.