«APA-Economics»in sığorta şirkətlərinin ümumi ödənişlərdə xüsusi çəkisi üzrə hazırladığı renkinqə ilk yeri «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti tutub. Belə ki, bu şirkətin məcmu sığorta ödənişlərindəki xüsusi çəkisi 25,68%-ə bərabərdir. Sonrakı iki yeri isə «MBASK» (11,97%) və «Standard İnsurance» (9,05%) şirkətləri tutub. Bu üç şirkətin ödənişlərinin isə ümumi sığorta ödənişlərində payı 46,7%-dir.
Aşağıda «APA-Economics»in sığorta şirkətlərinin ümumi sığorta ödənişlərində xüsusi çəkisi üzrə tərtib etdiyi renkinq cədvəli göstərilir:
|
Sığorta təşkilatları |
Xüsusi çəki |
1 | Azərsığorta | 25,68% |
2 | MBASK | 11,97% |
3 | Standard İnsurance | 9,05% |
4 | Atəşgah Sığorta | 8,91% |
5 | Beynəlxalq Sığorta Şirkəti | 8,17% |
6 | A-Group | 6,71% |
7 | AzSığorta | 4,66% |
8 | Başak-İnam | 3,53% |
9 | Xalq Sığorta | 3,21% |
10 | BE&G | 2,19% |
11 | Kavkaz Sığorta | 2,15% |
12 | Paşa Sığorta | 1,89% |
13 | Era Trans | 1,77% |
14 | Azərbaycan Sənaye Sığorta | 1,75% |
15 | AtaSığorta | 1,51% |
16 | Bakı Sığorta | 1,47% |
17 | Star Alliance | 1,10% |
18 | Alfa Sığorta | 0,68% |
19 | Thames İnsurance Group | 0,58% |
20 | Fidan Sığorta | 0,40% |
21 | AIG Caspian | 0,36% |
22 | Günay Anadolu | 0,34% |
23 | Azərqarant | 0,26% |
24 | Əmrah Sığorta | 0,24% |
25 | Qarant Sığorta | 0,08% |
26 | Azalsığorta | 0,06% |
27 | Qala Sığorta | - |
28 | Nişan Sığorta | - |
Qeyd: Cədvəl Maliyyə Nazirliyinin təcili məlumatları əsasında hazırlanıb.
Cədvəldən göründüyü kimi, yalnız iki şirkətin («Nişan Sığorta» və «Qala Sığorta») ödənişi olmadığı üçün bunların ümumi ödənişlərdəki payı sıfıra bərabərdir.
Xatırladaq ki, «Qala Sığorta» üçün müddətsiz lisenziya Maliyyə Nazirliyi tərəfindən 2008-ci ilin iyul ayının 31-də verilib.