Bank Of Baku

«Kövsər Bank» ötən il aktivlərini 14% artırıb

«Kövsər Bank» ötən il aktivlərini 14% artırıb
# 02 fevral 2009 13:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kövsər Bank» Səhmdar Kommersiya Bankının (ASC) aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 17,245 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 13,8% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 37,2% artaraq 2,558 mln. manata, məcmu kapitalı 10,5% artaraq 10,227 mln. manata, o cümlədən nizamnamə kapitalı 7,7% artaraq 10,20 mln. manata çatıb.
Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 3,2 dəfə artaraq 626 min manat, xərcləri isə 2,3 dəfə artaraq 206 min manat təşkil edib. Nəticədə, bankın mənfəəti 22,3% artaraq 126 min manat olub. Həmçinin, bu müddət ərzində bankın ümumi vergi ödənişlərinin həcmi 83,3% ataraq 22 min manat, işçilərinin sayı 7,7% azalaraq 24 nəfər olub.
Xatırladaq ki, «Kövsər Bank» SKB İslam bankçılığı prinsiplərinə uyğun fəaliyyət göstərdiyi üçün faizlə kreditlər vermir.
«Kövsər Bank» ASC 1989-cu ildə «Universal Bank» kimi yaradılıb. Bank 2003-cü ildən İslam Bankları Assosiasiyasının (İBA), o cümlədən İslam Bankları və Maliyyə İnstitutlarının Audit və Mühasibat Təşkilatının üzvüdür. Hazırda bankın respublika üzrə 2 filialı, 1 mübadilə məntəqəsi və 2 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR