Bank Of Baku

Dünya Bankının Cənubi Qafqaz üzrə yeni direktoru Azərbaycan hökumətinə təqdim olunub

Dünya Bankının Cənubi Qafqaz üzrə yeni direktoru Azərbaycan hökumətinə təqdim olunub
# 02 fevral 2009 16:52 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Bankın Bakıda səfərdə olan nümayəndə heyətinin başçısı, DB-nın vitse-prezidenti Şigeo Katsu (Shigeo Katsu) bu gün keçirilən mətbuat konfransında bildirib.
Ş.Katsunun sözlərinə görə, Ə.Alam rəsmən yeni vəzifədə işə bu ilin yanvar ayının 15-dən başlayıb və hazırda region üzrə işlərə Vaşinqtondakı baş ofisdən nəzarət edir. Lakin artıq yaxın 1-2 aydan sonra Ə.Alam DB-nın Tiflisdəki ofisində fəaliyyət göstərəcək.
«Azərbaycana səfərimizin əsas məqsədi əvvəllər regional direktor vəzifəsində çalışmış və artıq təqaüdə çıxan xanım Donna Dousett-Koirolonu müşayiət etmək və Əsəd Alamı hökumətə təqdim etməkdir. Səfər çərçivəsində bir sıra dövlət qurumu ilə görüşlər keçirdik, respublikanın iqtisadi inkişafı barədə müzakirələr apardıq», - deyə bankın vitse-prezidenti vurğulayıb.
Ş.Katsu bildirib ki, dünya maliyyə böhranı şəraitində digər ölkələrlə müqayisədə Azərbaycan daha yaxşı vəziyyətdədir. Buna baxmayaraq, 2009-cu il üçün inkişaf perspektivlərinə yenidən baxılır. Lakin DB rəsmisi hesab edir ki, maliyyə böhranının müəyyən müsbət tərəfləri də mövcuddur: «Böhran müəyyən müsbət imkanlar da yaradır. Belə ki, qeyri-neft sektoru inkişaf etdirilə bilər, yeni iş yerləri yaradıla bilər, biznes mühiti, rəqabət qabiliyyəti və dövlətin maliyyə idarəetməsi yaxşılaşdırıla bilər».
D.Dousett-Koirolo isə öz növbəsində Azərbaycanla apardığı əməkdaşlıq illəri zamanı qarşılıqlı münasibətlərdən və işin effektindən razı qaldığını bildirib: «Bu, mənim son rəsmi səfərimdir. Bu, bir qədər kədərli olsa da, bir sıra səmərəli layihə həyata keçirdik. Ümid edirəm ki, Əsəd Alam Azərbaycanda səmərəli işləyəcək».
D.Dousett-Koirolo vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının gələcəyi təkcə neft sektoru ilə bağlı deyil və qeyri-neft sektorunda geniş perspektivlər mövcuddur.
Toplantıda iştirak edən Ə.Alam isə Azərbaycanla birlikdə yeni layihələr həyata keçiriləcəyinə və yaxşı nəticələrin əldə olunacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank təxminən 45 layihənin icrasına Azərbaycana 2 mlrd. ABŞ dolları məbləğində maliyyə yardımı göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR