Bu cür vəziyyət əsasən bankların xarici maliyyə qurumlarından cəlb etdiyi vəsaitlər hesabına yaranıb. Belə ki, Azərbaycandakı kommersiya banklarının xarici öhdəliklərin həcmi təxminən 2 mlrd. manata bərabərdir.
Ümumilikdə isə, maliyyə sektorundan cəlb olunan vəsaitlərin həcmi ötən il ərzində 89,8% artıb. Maliyyə sektoruna verilən kredit və depozitlərin həcminin artımı isə cəmi 44,4% olub:
Göründüyü kimi, ötən ilin IV rübündə bankların maliyyə sektoruna kreditlərin verilməsi və depozitlərin yerləşdirilməsi kəskin azalıb (- 31%). Buna səbəb dünya maliyyə böhranının Azərbaycan bank sisteminə dolayı təsiri nəticəsində bankların özlərində likvidliyin toplanması məcburiyyəti olub. Xatırladaq ki, dünya maliyyə böhranı səbəbindən Azərbaycan bank sektorunda xarici öhdəliklərin qaytarılması məsələsi kəskin aktuallaşıb ki, bu da bankları likvid vəsait toplamağa vadar edib.
Həmin tendensiya və amillər bankların maliyyə sektorundan cəlbetmələrin həcminin artım tempini, cədvəldən göründüyü kimi, kəskin aşağı salıb. Əgər artım tempi ilin I rübündə 10,8%, II rübündə 22,7% və III rübündə 33,5% təşkil edibsə, IV rübdə bu göstərici cəmi 4,6% olub. Eyni zamanda nəzərə alınmalıdır ki, maliyyə sektoruna verilən kredit və depozitlərin həcmi IV rübdə azalıb. Nəticədə, maliyyə sektorundan cəlbetmələr və maliyyə sektoruna yerləşdirmələrin həcmlərinin nisbəti il ərzində 6 dəfədən 8 dəfəyə qədər artıb.