Bank Of Baku

Dünya Bankı ilə Azərbaycan arasında yeni layihələrin icrasına dair danışıqlar aparılıb

Dünya Bankı ilə Azərbaycan arasında yeni layihələrin icrasına dair danışıqlar aparılıb
# 03 fevral 2009 07:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı (DB) ilə Azərbaycan hökuməti arasında yeni layihələrin icrası və hazırda ölkədə həyata keçirilən layihələrin genişləndirilməsinə dair danışıqlar aparıb. «APA-Economics»in məlumatına görə, bunu Bakıda son rəsmi səfərində olan DB-nın Cənubi Qafqaz regionu üzrə sabiq direktoru xanım Donna Dousett-Koirolo bildirib.
D.Dousett-Koirolonun sözlərinə görə, DB ilə Azərbaycan arasında dövlət qurumlarında kadr potensialının yaxşılaşdırılmasına dair yeni layihə, həmçinin «Məcburi köçkünlərin iqtisadi inkişafı Layihəsi», nəqliyyat sahəsində reallaşdırılan proqramın genişləndirilməsi, Hövsan qəsəbəsində su təmizləyici qurğularının borularının tikilməsi və emal olunmuş suların Xəzər dənizinə çıxışı layihəsi və bir sıra digər məsələlər müzakirə edilib: «Müzakirələrin əsas hissəsi isə hazırda Azərbaycanda həyata keçirilən layihələrin sürətləndirilməsi məsələsi olub».
Qeyd edək ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank təxminən 45 layihənin icrasına Azərbaycana 2 mlrd. ABŞ dolları məbləğində maliyyə yardımı göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR