Bank Of Baku

«United Credit Bank» öz ipoteka proqramının icrasına başlayacaq

«United Credit Bank» öz ipoteka proqramının icrasına  başlayacaq
# 03 fevral 2009 08:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu ilin II rübündə özünün ipoteka proqramının icrasına başlayacaq.
Bakın İdarə Heyətinin sədr müavini Vahid Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, daxili və xarici resurslar hesabına maliyyələşəcək proqram çərçivəsində kreditlərin ən azı iki il müddətinə verilməsi nəzərdə tutulub. Kreditlər üzrə faiz dərəcəsi, ilkin ödəniş, minimal və maksimal məbləğ bazara uyğun müəyyənləşdiriləcək.
Qeyd edək ki, bank yaxın günlərdə Azərbaycan İpoteka Fonduna (AİF) üzv olmaq niyyətindədir.
Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 32,351 mln. manat, kredit portfeli 21,049 mln. manat, depozit portfeli 7,442 mln. manat, məcmu kapitalı 13,506 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib. Hazırda bakın respublika üzrə 5 filialı və 5 bankomatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR