Bank Of Baku

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının ümumi həcmi son bir ildə 51% artıb

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının ümumi həcmi son bir ildə 51% artıb
# 17 mart 2009 07:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayının 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının ümumi həcmi əvvəlki ilin analoji dövrü ilə müqayisədə 51,3% və ya 2,4 mlrd. manat artaraq 7,2 mlrd. manata çatıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, kredit qoyuluşlarının 43,2%-i dövlət, 54,3%-i özəl banklar, 2,5%-i isə qeyri-bank kredit təşkilatları tərəfindən həyata keçirilib.
Verilmiş kreditlərin 68,2%-ni uzunmüddətli kreditlər təşkil edib, 2,5%-nin isə ödənilmə vaxtı keçib.


 

01.02.2009-cu il vəziyyətinə, (mln. manat)

01.02.2008-ci il ilə müqayisədə, (%-lə)

Kredit qoyuluşları – cəmi 

7 201,3

151,3

ondan: 

 

 

- qısamüddətli 

2 289,6

139,8

- uzunmüddətli 

4 911,7

157,4

Ödənilmə vaxtı keçmiş 

176,5

177,2

Ümumi kreditlərin həcmində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi, %-lə 

 

2,5

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR