ABŞ Prezidenti Donald Tramp Tehanla mümkün sazişin İran aktivlərinin dərhal açılmasını nəzərdə tutmadığını bildirib.
Bu barədə "NBC News" telekanalına müsahibəsində danışan Tramp, sözügedən prosesin daha sonrakı mərhələdə baş verəcəyini söyləyib.
“Əgər onlar özlərini düzgün aparsalar, hər şey yaxşı getsə, onda bu məsələni müzakirə etməyə başlayacağıq”, – deyə ABŞ prezidenti əlavə edib.