Bank Of Baku

«Royal Bank» veb-saytını yeniləyib

«Royal Bank» veb-saytını yeniləyib
# 17 mart 2009 08:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» Səhmdar Kommersiya Bankı (SKB) rəsmi veb-saytını (www.royalbank.az) yeni tərtibatda təqdim edib.
Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki saytdan fərqli olaraq yeni saytda plastik kartların sifarişi, kreditlər üçün müraciət və digər xidmətlər on-line rejimdə həyata keçirilə bilər. Sayt vasitəsilə həmçinin İnternet bankçılıq, ipoteka kreditlərinin hesablanması və digər xidmətlərdən istifadə etmək mümkündür.
Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank of Baku» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb və 2003-cü ildə brendini dəyişib.
Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 101,926 mln. manat, kredit 78,764 mln. manat, depozit portfeli 36,085 mln. manat, məcmu kapitalı 17,853 mln. manat, o cümlədən nizamnamə kapitalı 16,912 mln. manat təşkil edib. Hazırda «Royal Bank»ın respublika üzrə 29 filialı və 5 şöbəsi fəaliyyət göstərir ki, bunun 6-sı regionda (Sumqayıt, Lerik, Gəncə, Tovuz, Qazax və Astara) yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR