Bank Of Baku

Azərbaycan dövlət büdcəsinin gəlirləri yanvarda 2%, xərcləri isə 35% artıb

Azərbaycan dövlət büdcəsinin gəlirləri yanvarda 2%, xərcləri isə 35% artıb
# 17 mart 2009 09:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2% artaraq 997,4 mln. manat, xərcləri isə 34,5% artaraq 241,5 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, vergi gəlirlərinin 45,1%-i əlavə dəyər vergisi, 34,3%-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 8,5%-i fiziki şəxslərin gəlir vergisi, 2,2%-i aksiz vergisi, 5,6%-i isə xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən daxil olub.
Büdcə xərclərinin 83,7 mln. manatı (34,7%-i) əhalinin sosial müdafiəsi və sosial təminatına, 23 mln. manatı (9,5%-i) iqtisadiyyata investisiya qoyuluşuna, 9,6 mln. manatı (4%-i) isə təhsilin maliyyələşdirilməsinə sərf edilib.
Xərclərin 44,8%-ni (108,3 mln. manatını) əhaliyə əmək haqqı, pensiya və müavinət ödəmələri təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR