Bank Of Baku

Azərbaycanda zərərlə işləyən bankların sayı artır

Azərbaycanda zərərlə işləyən bankların sayı artır
# 17 mart 2009 09:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları arasında zərərlə işləyən bankların sayı 2009-cu ilin yanvarı ayında 11-ə çatıb. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, ötən ilin yanvarında bu göstərici 10, bütünlüklə 2008-ci il üzrə isə 8-ə bərabər olub.
Zərərlə işləyən banklar üzrə yekun zərər yanvar ayında 8,03 mln. manat təşkil edib ki, bu da ötən ilin yanvarı ilə müqayisədə 1,81 mln. manat və ya 29,1% çoxdur.
Müvafiq olaraq, mənfəətlə işləyən bankların sayı 2008-ci ilin yekunları ilə müqayisədə 38-dən 35-dək enib.
Qeyd edək ki, ötən ilin yanvarında mənfəətlə işləyən bankların sayı da 35 olub. Eyni zamanda, mənfəətlə işləyən banklar üzrə yekun mənfəət 62,56 mln. manat təşkil edib ki, bu da ötən ilin yanvarı ilə müqayisədə 3,3 dəfə çoxdur.
Göründüyü kimi, mənfəətlə işləyən bankların sayının eyni səviyyədə qalmasına baxmayaraq, əldə olunan mənfəətin həcmi əhəmiyyətli dərəcədə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR