Bank Of Baku

«Moody’s» agentliyi «Bank of Georgia» və «TBC Bank»ın reytinqlərini azaldıb

«Moody’s» agentliyi «Bank of Georgia» və «TBC Bank»ın reytinqlərini azaldıb
# 17 mart 2009 09:54 (UTC +04:00)
Bakı. Elmin İbrahimov – APA-Economics. «Moody’s Investors Service» beynəlxalq agentliyi Gürcüstanın «Bank of Georgia» və «TBC Bank»ına təyin etdiyi reytinq dərəcələrinin səviyyəsini azaldıb.
«APA-Economics»in BNE portalına istinadən verdiyi məlumata görə, Agentlik «Bank of Georgia»nın maliyyə sabitliyi üzrə reytinqini «D», milli valyutada depozit reytinqini «Ba1» və «Ba3», vaxtı keçmiş borclar üzrə reytinqini «Ba2», xarici valyutada depozit reytinqini isə mənfi proqnozla «B3» səviyyəsində müəyyən edib.
Bundan başqa, «bankın maliyyə gücü» reytinqi (BFSR) «–D» səviyyəsində təsdiq olunub, qlobal lokal valyuta depozit reytinqini isə «Ba1»dən «Ba3»ə endirib. Bankın güzəştli təmin olunmamış borc reytinqi də «Ba2»dən «Ba3»ə kimi azaldılıb. Qeyd edilən reytinqlər üzrə proqnozlar «mənfi»yə dəyişdirilib.
«TBC Bank»ın da «bankın maliyyə gücü» reytinqi (BFSR) «–D» səviyyəsində təsdiqlənib, qlobal lokal valyuta depozit reytinqi isə «Ba1»dən «Ba3»ə endirilib. Hər iki reytinq üzrə proqnoz «mənfi»yə dəyişdirilib. Bankın uzunmüddətli xarici valyutada depozit reytinqi mənfi proqnozla «B3» səviyyəsində təsdiq olunub.
Xatırladaq ki, 2008-ci ilin əvvəlində Gürcüstanın «TBC Bank»ı Azərbaycanda fəaliyyət göstərən «Shore Overseas Azerbaijan Credit» qeyri-bank kredit təşkilatının nizamnamə kapitalında 75%-lik iştirak payı alıb. Həmin ilin may ayında «SOA Credit»in brendi «TBC Kredit»ə dəyişdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR