Bank Of Baku

«AGLeasing» son bir ildə lizinq portfelini 3 dəfə artırıb

«AGLeasing» son bir ildə lizinq portfelini 3 dəfə artırıb
# 17 mart 2009 10:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGLeasing» şirkətinin lizinq portfeli 2009-cu ilin mart ayının 1-nə 12,559 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün analoji göstəricisi ilə müqayisədə 3,1 dəfə çoxdur.
Şirkətin direktoru Səbuhi Baxşəliyevin «APA-Economics»ə verdiyi məlumata görə, hesabat ilində şirkətin bağladığı lizinq müqavilələrinin sayı 2,4 dəfə artaraq 138-ə, lizinqə verilən avadanlıqların dəyəri isə 2,2 dəfə artaraq 16,1 mln. manata çatıb. Bu müddət ərzində şirkətin nizamnamə kapitalı sabit qalaraq 1 mln. manat təşkil edib.
Lizinq portfelinin strukturuna gəldikdə isə, bunun əsasını tikinti, ictimai nəqliyyat və istehsalat sahələri təşkil edib.
Xatırladaq ki, «AGLeasing» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda «AGBank» (35%), Böyük Britaniyanın «Hyperion İnvestments» (30%), «MilioLeasing» (10%) və ABŞ-ın «Delta Trans Group LLC» (25%) şirkətləri çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR