Bank Of Baku

«Royal Bank» yeni regional filial açıb

«Royal Bank» yeni regional filial açıb
# 17 mart 2009 11:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» Səhmdar Kommersiya Bankının (SKB) Astara rayonunda filialı açılıb. Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bununla da bankın respublika üzrə filiallarının ümumi sayı 29-a çatıb.
Yeni filial əhaliyə, şirkətlərə və təşkilatlara müxtəlif bank xidmətləri təklif edir ki, bunlara hesablaşma-kassa xidmətləri, depozitlər, VISA plastik kartları, beynəlxalq təcili pulköçürmələr və digər bank xidmətləri daxildir.
Qeyd edək ki, hazırda «Royal Bank»ın respublika üzrə 29 filialı və 5 şöbəsi fəaliyyət göstərir, bunun da 6-sı regionda (Sumqayıt, Lerik, Gəncə, Tovuz, Qazax və Astara) yerləşir.
Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank of Baku» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb və 2003-cü ildə brendini dəyişib. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 101,926 mln. manat, kredit 78,764 mln. manat, depozit portfeli 36,085 mln. manat, məcmu kapitalı 17,853 mln. manat, o cümlədən nizamnamə kapitalı 16,912 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR