Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövr ərzində əhali tərəfindən əldə edilmiş 3,1 mlrd. manatlıq gəlirin 75%-i son istehlaka, 10,8%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 14,2%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 2,7 mlrd. manatlıq və ya əvvəlki ildəkindən 21,6% çox vəsait qalıb.
Əhalinin gəlirlərinin əsas göstəriciləri:
| 2009-cu ilin yanvar-fevral aylarında faktiki | 2008-ci ilin yanvar-fevral aylarına nisbətən, %-lə *) |
Əhalinin nominal gəlirləri (mln. manat) | 3 069,0 | 120,8 |
Adambaşına (manat) | 356,1 | 119,4 |
Sərəncamda qalan gəlirlər (mln. manat) | 2 737,4 | 121,6 |
Adambaşına (manat) | 317,6 | 120,2 |
* 2008-ci ilin göstəriciləri əldə olunmuş yeni məlumatlar əsasında dəqiqləşdirilib