Qeyd edək ki, bank investisiyalarının azalması Azərbaycanda son illər ərzində ilk dəfə müşahidə olunur:
Göründüyü kimi, investisiyaların azalması və ümumi aktivlərin azalması tam olaraq paralel müşahidə olunub. Hətta əvvəlki illərdə baş verən artım üzrə qrafiklər də tam oxşardır, bu da investisiya və ümumi aktivlərin dinamikalarının tam uyğun olduğunu əks etdirir. Nəticədə demək olar ki, investisiyaların azalması ümumi bank sistemində baş verən proseslər səbəbindən aktivlərin mənfi dinamikası ilə bağlıdır. Yəni, bank sistemində likvidlik problemi ilə əlaqədar olaraq müşahidə edilən aktivlərin azalması özünü ilk növbədə bankların investisiya fəallığının azalmasında büruzə verib, çünki Azərbaycanda bank investisiyaları əsasən qısamüddətli aktivlərdir və investisiyaların çevik surətdə azalması digər aktiv istiqamətlərdən daha mümkündür. İlk növbədə bu, dövlət qiymətli kağızlara yönəldilən investisiyalara aiddir. Xatırladaq ki, son zamanlar həm Maliyyə Nazirliyi, həm də Milli Bankın qiymətli kağızlar bazarının kapitallaşması kəskin azalıb. Bu, həm kommersiya bankları tərəfindən tələbatın, həm də emitent tərəfindən təklifin azalması ilə bağlıdır. Sonuncu amil isə mərkəzi bankın dünya maliyyə böhranı ilə bağlı bank sistemində mövcud likvidliyi azaltmamaq məqsədi ilə əlaqəlidir.