Bank Of Baku

İnkişafda olan ölkələr bu il 1,44 mlrd. dollar borc qaytarmalıdır

İnkişafda olan ölkələr bu il 1,44 mlrd. dollar borc qaytarmalıdır
# 17 mart 2009 14:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu il inkişafda olan ölkələr və bu ölkələrin şirkətləri ümumilikdə 1,44 trln. ABŞ dolları həcmində borc qaytarmalıdır. «APA-Economics»in «Lenta.ru» portalına istinadən verdiyi məlumata əsasən, bu barədə «Deutsche Bank»ın apardığı hesablamalarda deyilir.
Bank mütəxəssislərinin bildirdiyinə görə, ən iri borca Rusiyanın dövlət və özəl şirkətləri malikdir - onların payına 117,1 mlrd. dollar miqdarında borcun qaytarılması düşür. Eyni zamanda, «Deutsche Bank» Rusiyanın hələ də kifayət qədər strateji ehtiyatlara malik olduğunu vurğulayır.
İri həcmdə borc qaytarmaq zərurəti qarşısında duran inkişafda olan digər ölkələr sırasında «Deutsche Bank» Türkiyə (100 mlrd. dollar), Ukrayna (40 mlrd. dollar) və Macarıstanı (35 mlrd. dollar) qeyd edir. Eyni zamanda, Bank həmin ölkələrin müvafiq olaraq 70 mlrd. dollar, 28,8 mlrd. dollar və 31 mlrd. dollarlıq strateji ehtiyatlara malik olduğunu vurğulayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR