Bank Of Baku

«Royal Bank»ın Bakıdakı filialı fasiləsiz iş rejiminə keçib

«Royal Bank»ın Bakıdakı filialı fasiləsiz iş rejiminə keçib
# 18 mart 2009 06:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» Səhmdar Kommersiya Bankının (SKB) Bakı şəhəri, Mehdi Mehdizadə küçəsi,8 ünvanında yerləşən 4 saylı filialı müştərilərə həftənin 7 günü ərzində saat 09:00-dan 21:00-dək fasiləsiz xidmət göstərməyə başlayıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, uzadılmış axşam saatlarında müştərilər cari hesablar üzrə əməliyyatlar, əmanətin qəbulu, kredit borcunun ödənilməsi, plastik kartlar üzrə əməliyyatlar, POS-terminal və bankomatlar üzrə xidmətlər, təcili pul köçürmələri, mobil operatorların xidmətlərinin ödənilməsi və valyuta mübadiləsi kimi əməliyyatlar apara bilərlər.
Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb və 2003-cü ildə brendini dəyişib. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 101,926 mln. manat, kredit 78,764 mln. manat, depozit portfeli 36,085 mln. manat, məcmu kapitalı 17,853 mln. manat, o cümlədən nizamnamə kapitalı 16,912 mln. manat təşkil edib.
Hazırda «Royal Bank»ın respublika üzrə 29 filialı və 5 şöbəsi fəaliyyət göstərir ki, bunun 6-sı regionda (Sumqayıt, Lerik, Gəncə, Tovuz, Qazax və Astara) yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR