Bank Of Baku

«Azərdəmiryolbank» bayram günlərində müştərilərə xidmət göstərəcək

«Azərdəmiryolbank» bayram günlərində müştərilərə xidmət göstərəcək
# 18 mart 2009 09:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankının (SKB) bütün filial və şöbələri martın 22, 25 və 27-də saat 09:00-dan 15:00-dək müştərilərə xidmət göstərəcək.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, qeyd olunan tarixlərdə müştərilər bankın filial və şöbələri vasitəsi ilə kommunal və mobil rabitə ödənişləri, kredit və faiz ödənişlərinin qəbulu, təcili pul köçürmələri, əmanətlərin yerləşdirilməsi və valyuta mübadiləsi əməliyyatları həyata keçirə bilərlər.
Xatırladaq ki, «Azərdəmiryolbank» SKB-nin 850-yə yaxın səhmdarı var. Bankın nizamnamə kapitalında «25%+1 səhm» Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10% Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur. «Azərdəmiryolbank» SKB 1989-cu ildə təsis edilib və hazırda bankın respublika üzrə 27 filialı, 39 bankomatı və 252 POS-terminalı fəaliyyət göstərir.
Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 224,698 mln. manat, kredit portfeli 168,592 mln. manat, depozit portfeli 49,497 mln. manat, məcmu kapitalı 37,398 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,40 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR