Bank Of Baku

«ABB-Moskva» yenidən Moskva hökumətinin səlahiyyətli bankı seçilib

«ABB-Moskva» yenidən Moskva hökumətinin səlahiyyətli bankı seçilib
# 18 mart 2009 12:21 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Moskva hökumətinin qərarı ilə Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada fəaliyyət göstərən törəmə qurumu – «ABB-Moskva» bankını yenidən özünün səlahiyyətli kredit təşkilatı seçib. «ABB-Moskva»nin bu statusu 2010-cu ilin oktyabr ayınadək qüvvədə qalacaq. Bu barədə «APA-Economics»ə «ABB-Mskva»dan məlumat verilib.
Moskva hökuməti mart ayında bu statusu həmçinin daha 7 kredit təşkilatına – «Alfabank», «Binbank», «Vneştorqbank» və s. Rusiya banklarına təqdim olunub.
Qeyd edək ki, Rusiya paytaxtında 17 il əvvəl təsis olunan səlayyihətli banklar statusu kommersiya bankları ilə Moskva hökuməti arasında bu şəhərdə biznes-mühitin yaxşılaşdırılması və işgüzar dairələr üçün vacib olan digər məsələlərin həllinə yönəldilib. Səlahiyyətli banklarla Moskva hökumətinin əməkdaşlığı şəhər infrastrukturu üçün vacib olan layihələrin kreditləşdirilməsi, müvafiq icra orqanlarına xəzinə-kassa xidmətlərinin göstərilməsi və şəhər büdcəsi üçün əlavə likvidliyin təşkilindən ibarətdir. Bu sahədə əməkdaşlığın inkişafı üçün Moskva meriyası yanında «ABB-Moskva» bankı rəhbərliyinin iştirakı ilə xüsusi Şura yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR