Bank Of Baku

«Doruk Maliyyə Lizinq» şirkəti nizamnamə kapitalını artırır

«Doruk Maliyyə Lizinq» şirkəti nizamnamə kapitalını artırır
# 19 mart 2009 07:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Doruk Maliyyə Lizinq» Açıq Səhmdar Cəmiyyətinin sənədsiz adlı adi səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 10 manat, sayı 39,6 min ədəd, emissiyanın ümumi həcmi isə 396 min manat təşkil edir.
Birja mütəxəssislərinin fikrincə, «Doruk Maliyyə Lizinq» ASC-nin artıq bu ilin mart ayında səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə ASC-nin nizamnamə kapitalı 100 dəfə artaraq 400 min manata çatacaq.
Qeyd edək ki, Azərbaycanın «Doruk Maliyyə Lizinq» ASC 2007-ci ildən fəaliyyət göstərir. Hazırda ASC-nin nizamnamə kapitalı 4 min manat təşkil edir.
Xatırladaq ki, «Doruk Maliyyə Lizinq» ASC-nin 2008-ci ilin oktyabrın 14-də dövlət qeydiyyatına alınmış 396 min manatlıq emissiyasının yerləşdirilməsi baş tutmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR