Bank Of Baku

Azərbaycanda istehlak xərclərinin artım tempi azalır

Azərbaycanda istehlak xərclərinin artım tempi azalır
# 19 mart 2009 08:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi ötən ilin ilk iki ayı ilə müqayisədə 9,9% artaraq 1,822 mlrd. manata, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 20,2% artaraq 563 mln. manata çatıb. «APA-Economics»in Dövlət Statistika Komitəsinin hesabatına əsasən verdiyi xəbərə görə, eyni zamanda pərakəndə əmtəə dövriyyəsi, yəni əhali tərəfindən alınan malların dəyəri 2008-ci ilin yanvar-fevralında əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 14,5% artıb, xidmətlərin artımı isə 29% təşkil edib.
Beləliklə, cari ilin ilk iki ayı ərzində əhali tərəfindən malların alınması üzrə illik artım tempi 4,6 faiz bəndi, göstərilən xidmətlər üzrə illik artım tempi isə 8,8% azalıb. Sözügeden azalmanın bir əsas səbəbi mövcuddur ki, o da qiymətlərin dəyişməsi ilə bağlıdır. Belə ki, ilk növbədə cari ilin yanvar-fevral ayları üzrə istehlak qiymətləri əvvəlki illə müqayisədə 10,3%, 2008-ci ilin yanvar-fevralda isə illik inflyasiya 15,7% təşkil edib. Beləliklə, pərakəndə ticarətin artım tempinin azalması inflyasiya fərqinə tam uyğundur. Xidmətlər üzrə artım tempinin azalması isə inflyasiya fərqindən daha çoxdur və bu, xidmət qiymətlərinin yekunlaşdırıcı inflyasiyadan daha aşağı olması və xidmətlərin fiziki həcminin azalması ilə əlaqəlidir.
Beləliklə, əhali tərəfindən alınan malların pulla ifadə olunan həcmi cari ilin yanvar-fevral aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməməsi, xidmətlərin isə azalması müşahidə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR