Bank Of Baku

Sorğu: İnvestorlar Beynəlxalq Valyuta Fondunun proqnozları ilə qəti razı deyil

Sorğu: İnvestorlar Beynəlxalq Valyuta Fondunun proqnozları ilə qəti razı deyil
# 19 mart 2009 10:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünyanın ən iri maliyyə idarəetməsi və konsaltinq şirkətlərindən biri olan «Merrill Lynch» tərəfindən 213 iri fərdi investor, aktivlərin idarə olunması və investisiya fondların rəhbərləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, əksər investorlar Beynəlxalq Valyuta Fondunun (BVF) dünya üzrə məcmu ÜDM-in azalması proqnozları ilə qəti razı deyil.
«APA-Economics»in məlumatına görə, bugünlərdə açıqlanmış xəbərlərə əsasən, BVF öz yenilənmiş proqnozlarında 2009-cu ildə dünya üzrə ÜDM-in 0,6%, o cümlədən ABŞ-da 2,6%, Avrozonada 3,2%, Yaponiyada isə 0,5% azalacağını bəyan edib. Eyni zamanda, Fondun başçısının birinci müavini Con Lipski bəyan edib ki, dünya iqtisadiyyatı öz enmə hərəkətində hələ də ən aşağı səviyyəyə çatmayıb və dünya ÜDM-i yalnız 2010-cu ilin ortalarından artmağa başlayacaq.
«Merrill Lynch»in analitikləri qeyd edirlər ki, sorğu nəticəsində məlum olub ki, investorlar dünya iqtisadiyyatının yaxın bir il ərzində azalmasını gözləmir, bu da həm Amerika iqtisadiyyatı, həm də inkişafda olan ölkələrin iqtisadiyyatlarına investorların inamının bərpa olunduğunu göstərir. Sorğu zamanı investorların 4%-i mart ayında inkişafda olan ölkələrdə səhmlərin alınmasını artırıb. Çin iqtisadiyyatının geriləməsinə iki ay əvvəl investorların 70%-i inanırdısa, indi bu göstərici 1%-ə enib. Eyni zamanda, sorğuda iştirak edənlərin 40%-i öz portfellərində Avrozona ölkələri səhmlərinin, 39%-i Yaponiya şirkətləri səhmlərinin payının azaldığını bəyan edib. Bundan əlavə, investorlar son zamanlar portfellərin sahə baxımından kəskin dəyişdiyini deyir. Məsələn, sorğuda iştirak edənlərin 48%-i bank səhmlərinə investisiyaların azalmasını, 22%-i isə bu səhmlərin öz portfellərindən tam çıxarıldığını bəyan edib. İnvestorların əksəriyyəti bank səhmlərinin satılmasından əldə edilən vəsaitləri fiksə olunmuş gəlirlikli qiymətli kağızlara yönəltdiklərini qeyd edir. Eyni zamanda, digər sahələr, o cümlədən farmaseftik, telekommunikasiya kimi sahələrdə işləyən şirkətlərin səhmlərinin payı artmaqdadır.
Qeyd edək ki, sorğuda iştirak edən 213 institusional və fərdi investorların idarəetməsində 533 mlrd. dollar şəcmində aktivlər var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR