Bank Of Baku

«Qarant Sığorta» şirkəti daxilolmalar üzrə illik proqnozu 152% səviyyəsində icra edib

«Qarant Sığorta» şirkəti daxilolmalar üzrə illik proqnozu 152% səviyyəsində icra edib
# 19 mart 2009 10:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qarant Sığorta» şirkətinin 2008-ci il ərzində topladığı sığorta haqlarının həcmi 7,6 mln. manat təşkil edib ki, bu da müvafiq illik proqnozdan 52% çoxdur.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ötən il ərzində müştərilərlə bağlanmış sığorta müqavilələrinin əsas hissəsini «Fərdi qəza sığortası», «Hüquqi şəxslərə məxsus əmlakın sığortası» və «Yüklərin sığortası» növləri təşkil edib.
Bu müddət ərzində şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi cəmi 35 min manat, nizamnamə kapitalı isə 4 dəfə artaraq 4 mln. manata çatıb.
Həmçinin, ötən il ərzində şirkət hüquqi statusunu dəyişərək ASC-yə çevrilib, Gəncədə ilk filialını açıb. Hazırda şirkət 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
Xatırladaq ki, təsisçisi «ZQAN Holding» Şirkətlər Qrupu olan «Qarant Sığorta» şirkəti 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Maliyə Nazirliyinin ilkin məlumatlarına görə, 2008-ci il ərzində şirkətin sığorta daxilolmalarının həcmi 7,41 mln. manat, ödənişləri isə 0,04 mln. manat olub.
«APA-Economics»in sığorta şirkətləri üzrə hazırladığı renkinqdə «Qarant Sığorta» daxilolmalar üzrə 12-ci, ödənişlər üzrə isə 25-ci yerdə qərarlaşıb. Şirkətin məcmu sığorta haqlarında xüsusi çəkisi 4,1%, ödənişlərdə isə 0,08% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR