Bank Of Baku

«Rabitəbank»ın filialları bayram günləri işləyəcək

«Rabitəbank»ın filialları bayram günləri işləyəcək
# 19 mart 2009 11:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Rabitəbank» Səhmdar Kommersiya Bankının (SKB) filial və şöbələri bayram və istirahət günlərində də müştərilərə xidmət göstərəcək.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın Bakıda 6 filialı, baş ofisi, həmçinin regionlarda 14 filial və şöbələri martın 23-ü və 26-sı saat 10:00-dan 14:00-dək müştərilərə xidmət göstərəcək.
Qeyd olunan tarixdə müştərilər hesablaşma kassa əməliyyatları, beynəlxalq sürətli pul köçürmələri, kredit borcunun ödənilməsi, əmanət və kart hesablarına vəsaitlərin yerləşdirilməsi, mobil rabitə xidmətləri və kommunal ödənişlər, eləcə də valyuta mübadilə əməliyyatlarını həyata keçirə bilərlər.
Xatırladaq ki, «Rabitəbank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 94,425 mln. manat, kredit portfeli 68,434 mln. manat, depozit portfeli 76,958 mln. manat, məcmu kapitalı 12,326 mln. manat, o cümlədən nizamnamə kapitalı 8,5 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR