Bank Of Baku

«Azərdəmiryolbank» bu il kreditləşməni genişləndirəcək

«Azərdəmiryolbank» bu il  kreditləşməni genişləndirəcək
# 19 mart 2009 13:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankı (SKB) bu il ərzində regionlarda kiçik və orta sahibkarlığın kreditləşməsini genişləndirmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.
Y.Cabbarovun sözlərinə görə, qarşıya qoyulmuş məqsədə nail olmaq üçün bank həm respublika daxilində maliyyə vəsaitlərini səfərbər etmək, həm də xaricdən kreditlər cəlb etmək niyyətindədir: «Bundan başqa, cari ildə bank əhatə etdiyi ərazilərin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirməyə hazırlaşır. Strateji planlana görə, respublikanın regionlarında bankın 10-a yaxın yeni filialı açılacaq. Həmçinin, bankın əməkdaşlarının ştatı 20% artırılacaq», - deyə Y.Cabbarov bildirib.
Qeyd edək ki, hazırda bankın 31 filial və şöbəsində 520 işçi çalışır.
Xatırladaq ki, 1989-cu ildə təsis edilən «Azərdəmiryolbank SKB-nin nizamnamə kapitalında «25%+1 səhm» Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10% Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 224,698 mln. manat, kredit portfeli 168,592 mln. manat, depozit portfeli 49,497 mln. manat, məcmu kapitalı 37,398 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,40 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR