Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» bayram günlərində də xidmət göstərəcək

«Azərbaycan Sənaye Bankı» bayram günlərində də xidmət göstərəcək
# 19 mart 2009 13:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» Açıq Səhmdar Cəmiyyətinin (ASB) baş ofisi və «Dərnəgül» filialı bayram və istirahət günlərində də fəaliyyət göstərəcək.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın baş ofisi və «Dərnəgül» filialı martın 25-27-də saat 10:00-dan 16:00-dək müştərilərə bütün bank xidmətləri göstərəcək.
Qeyd olunan tarixlərdə müştərilər hesablaşma kassa əməliyyatları, beynəlxalq sürətli pul köçürmələri, kredit borcunun ödənilməsi, əmanət və kart hesablarına vəsaitlərin yerləşdirilməsi, mobil rabitə xidmətlərinin ödənilməsi, eləcə də valyuta mübadilə əməliyyatlarını həyata keçirə bilərlər.
Xatırladaq ki, ASB 1996-cı ildə «CIBank» kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 78,029 mln. manat, depozit portfeli 32,560 mln. manat, kredit portfeli 36,101 mln. manat, məcmu kapitalı 16,142 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,8 mln. manat təşkil edib.
Hazırda bankın respublika üzrə 7 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR