Bank Of Baku

MONEYVAL Azərbaycanla bağlı bəyanatla çıxış edib

MONEYVAL Azərbaycanla bağlı bəyanatla çıxış edib
# 24 mart 2009 08:51 (UTC +04:00)
.
Avropa Şurasından «APA-Economics»ə verilən məlumatına əsasən, bəyanatda Azərbaycanın pulların yuyulması və terrorizmin maliyyələşməsinə qarşı tədbirlər istiqamətində ciddi irəliləyişi qeyd edilir, o cümlədən bu ilin fevralın 18-də pulların yuyulmasına qarşı mübarizə üzrə müvafiq qanunun qəbul edilməsi birmənalı olaraq müsbət qarşılanır.
Qeyd edək ki, MONEYVAL-un 29-cu iclası cari ilin martın 16-20-da Strasburqda keçirilib və burada Komitə Azərbaycanı qanunun icrası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin tez bir zamanda başa çatdırılmasına çağırıb. Xatırladaq ki, ötən ilin dekabrın 12-də Komitənin 28-ci iclasında MONEYVAL-ın Azərbaycanla bağlı bəyanatında pulların yuyulması ilə mübarizə sahəsində bir sıra çatışmazlıqlar, o cümlədən müvafiq qanunun qəbul edilməməsi qeydə olunaraq, narahatlıq bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR