Bank Of Baku

Azərbaycan və Türkiyə sərhədçiləri və gömrükçüləri üçün seminar keçiriləcək

Azərbaycan və Türkiyə sərhədçiləri və gömrükçüləri üçün seminar keçiriləcək
# 24 mart 2009 09:02 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Bu ilin martın 31-də Azərbaycanın Sədərək-Diluçu sərhəd məntəqəsində Azərbaycan və Türkiyə sərhədçiləri və gömrükçüləri üçün beynəlxalq seminar keçiriləcək. APA-nın məlumatına görə, iki gün davam edəcək seminarın məqsədi hər iki ölkənin sərhəd təhlükəsizliyinin gücləndirilməsidir.
ATƏT-in Bakı ofisi tərəfindən təşkil olunan bu tədbir çərçivəsində Azərbaycan və Türkiyə sərhədçiləri və gömrükçüləri insan alveri, narkotiklərin qanunsuz dövriyyəsi, saxta sənədlərin aşkarlanması, Türkiyənin yeni pasportlarının tanınması və s. texniki məsələlərlə bağlı təcrübə mübadiləsi aparacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR