Bank Of Baku

ÜTT: Dünya ticarəti bu il 9% azalacaq

ÜTT: Dünya ticarəti bu il 9% azalacaq
# 24 mart 2009 09:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu il dünya üzrə ticarət dövriyyəsinin məcmu həcmi 9% azalacaq ki, bu da II Dünya Müharibəsindən sonra ən iri azalma tempidir. «APA-Economics»in məlumatına görə, bu barədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) hazırladığı yeni proqnozlarında deyilir.
ÜTT-nin hesablamalarına görə, ötən ilin ikinci yarısında dünya ticarətinin kəskin azalması baş verib və nəticədə, ticarət dövriyyəsinin artımı cəmi 2% təşkil edib, halbuki 2007-ci ildə bu göstərici 6%-ə bərabər olub. ÜTT mütəxəssislərinin fikrincə, 2009-cu ilin yekunlarına görə, inkişaf etmiş ölkələrin ixracı 10%, inkişafda olan ölkələrin ixracı isə 2-3% azalacaq.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu cari ildə dünya ticarətinin 2,8% səviyyəsində azalacağını proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR