Bank Of Baku

ABŞ hökumətinin yeni planı birja indekslərini kəskin artırıb

ABŞ hökumətinin yeni planı birja indekslərini kəskin artırıb
# 24 mart 2009 10:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Martın 23-də Amerika fond bazarında bütün indekslər nəzərə çarpan dərəcədə artıb. «APA-Economics»in məlumatına görə, Dow Jones indeksi 6,8% artaraq 7775,86 bəndə, Standard&Poor’s 500 indeksi 7,1% artaraq 822,92 bəndə, Nasdaq indeksi isə 6,8% artaraq 1557,77 bəndə çatıb.
Fond bazarında indekslərin yüksəlməsi ABŞ hökumətinin milli bank sisteminin xilas olunması ilə bağlı hazırlanmış planın açıqlanması nəticəsində baş verib. Belə ki, hökumət vaxtı keçmiş və ümidsiz aktivlərin geri alınmasına 500 mlrd. dollar həcmində vəsait xərcləmək niyyətindədir, hətta zərurət yaranarsa, bu məbləğ ikiqat artırıla bilər. Bu bəyanatdan sonra bankların səhmləri kəskin bahalaşıb. Belə ki, «Bank of America»nın səhmləri 26%, «JPMorgan»ın səhmləri 25%, «Citigroup»un səhmləri 19% bahalaşıb.
Qeyd edək ki, eyni zamanda martın 23-də neftin qiyməti də artıb. Belə ki, WTI markalı neft 1,73 dollar və ya 3,3% bahalaşaraq 53,8 dollara çatıb. Brent markalı neftin qiyməti isə 2,25 dollar və ya 4,4% - 53,47 dollaradək yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR