Bank Of Baku

Dolların gələcəyi sual altındadır

Dolların gələcəyi sual altındadır
# 24 mart 2009 10:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Çin dolların əvəzində digər ehtiyat valyutasının müəyyənləşdirilməsi təklif ilə çıxış edib. «APA-Economics»in məlumatına görə, bu təkliflə çıxış edən Çin Xalq Bankının başçısı Çjou Səoçuan vurğulayıb ki, hazırda ayrı-ayrı ölkələrə bağlı olmayan və gələcəkdə uzunmüddətli sabitliyin qorunub saxlanması üçün ümumdünya ehtiyat valyutasının yaradılması zəruridir.
Eyni zamanda həm Çin, həm də Rusiyanın maliyyə rəsmiləri vurğulayırlar ki, sözügedən proses uzunmüddətlidir və bütün beynəlxalq ictimaiyyətdən qətiyyət tələb edir. Lakin ehtimal olunur ki, dolların vahid ümumdünya valyutası ilə əvəzlənməsi ideyası ABŞ və onun siyasi tərəfdarları tərəfindən ciddi müqavimətlə üzləşəcək. Məsələn, artıq Çinin bu bəyanatından dərhal sonra Avstraliya buna reaksiya verib. Belə ki, Avstraliyanın baş naziri Kevin Radd bəyan edib ki, dünya maliyyə sisteminin müasirləşdirmə və vahid ehtiyat valyutasının yaradılmasına dair Çinin təklifinə baxmayaraq, «ehtiyat valyutası kimi Amerika dollarının mövqeləri üçün heç bir təhlükə yoxdur».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR