Bank Of Baku

MDB ölkələri maliyyə nazirlərinin toplantısı keçiriləcək

MDB ölkələri maliyyə nazirlərinin toplantısı keçiriləcək
# 27 mart 2009 09:01 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Martın 31-də Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olan ölkələrin maliyyə nazirlərinin daimi fəaliyyət göstərən Müşavirəsinin iclası keçiriləcək. APA-nın MDB katibliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan Maliyyə Nazirliyinin rəhbərliyinin də iştirakı gözlənilən görüşün gündəliyinə birlik dövlətlərinin sosial-iqtisadi durumu və dünya maliyyə böhranının nəticələrinin aradan qaldırılması istiqamətində görülən tədbirlərlə bağlı məsələlər daxil edilib. İclas iştirakçıları həmçinin aprelin 2-də Londonda keçiriləcək “İyirmilər” qrupunun liderlərinin zirvə görüşünə dair MDB dövlətlərinin birgə mövqeyini də razılaşdıracaqlar.

Qeyd edək ki, MDB ölkələri maliyyə nazirlərinin daimi Müşavirəsi yaranmış vəziyyəti öyrənmək və böhrana qarşı tədbirləri hazırlamaq üçün ötən ilin oktyabrında təsis olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR