Bank Of Baku

BVF yeni kredit proqramı tətbiq edir

BVF yeni kredit proqramı tətbiq edir
# 27 mart 2009 11:51 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Beynəlxalq Valyuta Fondu dünya maliyyə böhranından zərər çəkən ölkələr üçün kredit proqramlarının həcmini iki dəfə artırmaq niyyətindədir. APA-nın xəbərinə görə, bu barədə fondun direktoru Dominik Stross-Kanın qurumun rəsmi saytında dərc olunan bəyanatında deyilir. BVF Direktorlar Şurası tərəfindən təstiqlənən və fondun kredit proqramlarında gözlənilən islahatlar böhranla üzləşən hökümətlərə ayrılacaq vəsaitlərin verilməsi zamanı onların daha səmərəli istifadəsinə, eləcə də yaranan problemlərin operativ sürətdə həllinə yönəldilib. İslahatların bir hissəsi kimi BVF-nin yeni “Flexible Credit Line” adlı kredit növü təsis olunacaq və bu tipli yardımlar daha operativ ayrıla biləcək. Bu zaman fond tərəfindən milli hökümətlərər əlavə şərtlər irəli sürülməyəcək. Lakin adı çəkilən kreditlərin yalnız inkişaf etməkdə olan ölkələrə verilməsi nəzərdə tutulur. Digər dövlətlərə isə əvvələr “stand-by” kimi tanınan, amma daha geniş və uzunmüddətli kredit proqramları təklif olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR