Bank Of Baku

«Azərdəmiryolbank»ın aktivləri son bir ildə 25% artıb

«Azərdəmiryolbank»ın aktivləri son bir ildə 25% artıb
# 09 aprel 2009 14:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 209,32 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 25% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 160,35 mln. manata, o cümlədən lizinq əməliyyatlarının həcmi 3,5 mln. manata çatıb. Həmçinin, aprelin 1-nə bankın əsas vəsaitlərinin dəyəri 13,6 mln. manat, məcmu öhdəlikləri isə 169,7 mln. manat səviyyəsində olub. Öhdəliklərin əsas hissəsi, yəni 101,4 mln. manatı və ya 59,8%-i maliyyə sektorunun payına düşüb. Eyni zamanda, bankın fiziki və hüquqi şəxslərin depozitlərinin həcmi 54,85 mln. manat, o cümlədən müddətli depozitlər 43,5 mln. manat olub.
Qeyd edək ki, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə bankın məcmu kapitalı 28% artaraq 39,62 mln. manata çatıb.
Xatırladaq ki, «Azərdəmiryolbank» SKB-nin nizamnamə kapitalında «25%+1 səhm» iştirak payı Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), 10%-i Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10%-i hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur. «Azərdəmiryolbank» 1989-cu ildə təsis edilib və hazırda bankın respublika üzrə 28 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR