Bank Of Baku

«ABB-Moskva» Rusiya Gömrük Xidmətinin səlahiyyətli bankı statusunu almaq niyyətindədir

«ABB-Moskva» Rusiya Gömrük Xidmətinin səlahiyyətli bankı statusunu almaq niyyətindədir
# 09 aprel 2009 14:38 (UTC +04:00)
Moskva. Roman Ağayev, Vüqar İsrafilov – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada fəaliyyət göstərən törəmə qurumu – «ABB-Moskva» banklnln yaxın gələcək üçün əsas məqsədlərindən biri Rusiya Federal Gömrük Xidmətinin səlahiyyətli bankı statusunun alınmasıdır. Bu barədə «APA-Economics»ə açıqlamasında «ABB-Moskva»nın İdarə Heyətinin sədri Fuad Abdullayev məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan bankı Rusiya gömrük xidməti tərəfindən bu statusun verilməsi üzrə irəli sürdüyü bütün şərtlərin yetirilməsinə hazırdır. Yeni statusun əldə edilməsi əsasən Azərbaycanla Rusiya arasında idxal-ixrac əməliyyatlarının maliyyələşdirilməsi ilə məşğul olan «ABB-Moskva» üçün vacib amildir. Bu məqsədə nail olmaq üçün ABB-nin törəmə bankı ən azı 1 mlrd. rubl məbləğində kapitala və Rusiya Mərkəzi Bankının bank fəaliyyəti üçün verdiyi tam lisenziyaya malik olmalıdır. Eyni zamanda, F.Abdullayevin fikrincə, 2009-cu il ərzində «ABB-Moskva» tərəfindən gömrük xidmətinin səlahiyyətli bankı adını qazanmaq onun müştəriləri üçün malların qeydiyyatdan keçirilməsi və yüklərin göndərilməsi proseduralarının xeyli asanlaşdırılması deməkdir.
Xatırladaq ki, Moskva hökumətinin qərarı ilə «ABB-Moskva» onun səlahiyyətli kredit təşkilatı seçilib. Artıq ikinci dəfə «ABB-Moskva» bankına verilən bu status 2010-cu ilin oktyabr ayınadək qüvvədə olacaq. Səlahiyyətli banklarla Moskva hökumətinin əməkdaşlığı şəhər infrastrukturu üçün vacib olan layihələrin kreditləşməsi, müvafiq icra hakimiyyəti orqanlarına xəzinə-kassa xidmətlərinin göstərilməsi və şəhər büdcəsi üçün əlavə likvidlyin təşkilini əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR