Bank Of Baku

Dünya Bankının təhsil missiyası Azərbaycana gələcək

Dünya Bankının təhsil missiyası Azərbaycana gələcək
# 10 aprel 2009 07:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankının (DB) təhsil sektoru üzrə icmal missiyası aprelin 13-də Azərbaycana gələcək.
DB-nın Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, missiyaya bankın təhsil üzrə baş mütəxəssisi Xuan Manuel Moreno (Juan Manuel Moreno) başçılıq edəcək: «Missiyanın səfərinin əsas məqsədi Azərbaycanda təhsil sektorunda həyata keçirilən və icrası nəzərdə tutulan layihələrin gedişi və həyata keçirilməsinin mümkünlüyü ilə tanış olmaq və bununla bağlı məsələləri müzakirə etməkdir».
Qeyd edək ki, hazırda DB və Azərbaycan hökuməti ölkədə ali təhsilin təkmilləşdirilməsi ilə bağlı yeni layihənin (Higher Education Project) icrasına dair danışıqlar aparır.
Xatırladaq ki, hazırda tərəflər arasında «Təhsil sektorunun inkişafı» üzrə ikinci layihə həyata keçirilir. Layihə 6 komponentdən ibarətdir. Bura kurrikulum islahatının aparılması, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, şagird nailiyyətlərinin qiymətləndirilməsinə dair məlumatların keyfiyyətinin yüksəldilməsində istifadəsi, təhsil idarəetmə orqanlarının idarəetmə imkanlarının gücləndirilməsi, məktəblərdə təhsilin inkişafı, layihənin monitorinqi və qiymətləndirilməsi daxildir.
Ümumilikdə, bu layihə 2003-2013-cü illəri əhatə edir.
Qeyd edək ki, missiyanın Azərbaycana səfəri aprelin 22-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR