Bank Of Baku

«United Credit Bank» aktivləri son bir ildə bir ildə 6% artıb

«United Credit Bank» aktivləri son bir ildə bir ildə 6% artıb
# 10 aprel 2009 09:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» Açıq Səhmdar Cəmiyyətinin (ASC) aktivlərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 32,598 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün analoji göstəricisi ilə müqayisədə 6,3% çoxdur.
Bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə bankın kredit portfeli 12% artaraq 22,805 mln. manata, öhdəlikləri isə 28% artaraq 14,525 mln. manata çatıb.
Bankın kredit portfelinin strukturunda istehlak kreditlərinin həcmi 3,3% artaraq 9,407 mln. manat, verilmiş kreditlər üzrə ehtiyatlar isə 91,2% artaraq 2,954 mln. manat təşkil edib.
Həmçinin, bankın depozit portfelində müddətli depozitlərin həcmi 9,7% artaraq 6,454 mln. manat, müddətsiz depozitlər isə 1,972 mln. manat olub. Müddətli depozitlərin strukturunda fiziki şəxslərin müddətli depozitləri 11,2% artaraq 5,528 mln. manat, fiziki şəxslərin müddətsiz depozitləri isə 13,4% artaraq 1,648 mln. manat təşkil edib.
Bundan başqa, bu ilin aprel ayının 1-nə bankın məcmu kapitalı 13,461 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat olub.
Qeyd edək ki, son bir il ərzində bankın ümumi gəlirləri 15,1% artaraq 1,330 mln. manat, o cümlədən faiz gəlirləri 7,3% artaraq 1,181 mln. manat, qeyri-faiz gəlirləri isə 2,7 dəfə artaraq 150 min manat təşkil edib.
Bu müddət ərzində bankın ümumi xərcləri 56,8% artaraq 1,381 mln. manat, o cümlədən faiz xərcləri 449 min manat, qeyri-faiz xərcləri isə 932 min manat olub.
Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» ASC 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Hazırda bankın respublika üzrə 5 filialı və 5 bankomatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR