Bank Of Baku

Martda Azərbaycanda 0,7%-lik deflyasiya müşahidə olunub

Martda Azərbaycanda 0,7%-lik deflyasiya müşahidə olunub
# 10 aprel 2009 10:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayında da Azərbaycanda deflyasiya müşahidə olunub. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev bildirib.
A.Vəliyevin sözlərinə görə, ötən ay ərzində Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri bu ilin fevral ayına nisbətən 0,7% ucuzlaşıb: «Cari ilin yanvar-mart aylarında isə ötən ilin analoji dövrü ilə müqayisədə ölkədə 8,3% inflyasiya müşahidə olunub».
Qeyd edək ki, bu ilin fevral ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri yanvar ayına nisbətən 0,8% ucuzlaşıb. Cari ilin ilk iki ayı ərzində isə ötən ilin yanvar-fevral ayları ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 10,3% bahalaşıb.
Xatırladaq ki, DSK 2009-cu ilin yekununda Azərbaycanda deflyasiyanın müşahidə olunmasını istisna etmir. Belə ki, 2009-cu ilin əvvəlindən Azərbaycanda məhsulların qiymətlərində artım müşahidə olunmayıb. İl ərzində vəziyyət belə davam edərsə və dünyada müşahidə olunan iqtisadi hadisələr səngiməsə, Azərbaycanda 2009-cu ilin sonunda nəinki bir rəqəmli inflyasiya, hətta deflyasiya müşahidə oluna bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR