Eyni zamanda, idxalın artım tempinə görə Azərbaycan Tacikistandan sonra ikinci yeri tutub. İdxalın mütləq göstəricisi üzrə isə Azərbaycan beşinci yerdədir ki, bu da ixracda olduğu kimi ölkələrin iqtisadiyyatı, əhalinin sayı və digər makroiqtisadi mütləq göstəricilər üzrə miqyasların fərqlənməsi ilə əlaqəlidir.
Qeyd edək ki, Cənubi Qafqaz regionu üzrə Azərbaycan ixracın artım tempinə görə Ermənistanı 20 dəfə, Gürcüstanı isə 11 dəfə, idxalın artım tempinə görə isə Ermənistanı 2,4 dəfə, Gürcüstanı isə 1,9 dəfə qabaqlayır:
(mln. ABŞ dolları)
Ölkə | İxrac | 2008-ci ilin yanvarına nisbət, % | İdxal | 2008-ci ilin yanvarına nisbət, % | Saldo-2009 | Saldo-2008 |
Azərbaycan | 681,5 | 109 | 518,8 | 104 | 129,4 | 162,7 |
Ermənistan | 34,2 | 56 | 220,1 | 80 | -215,0 | -185,9 |
Belarus | 1319,9 | 55 | 1763,1 | 67 | -204,1 | -443,2 |
Gürcüstan | 62,1 | 64 | 279,3 | 69 | -306,2 | -217,2 |
Qazaxıstan | 2562,8 | 49 | 1810,7 | 79 | 2877,3 | 752,1 |
Qırğızıstan | 75,0 | 103 | 206,4 | 86 | -168,1 | -131,4 |
Moldova | 71,2 | 80 | 201,9 | 77 | -172,8 | -130,7 |
Rusiya | 17015,5 | 50 | 8649,4 | 63 | 20452,8 | 8366,1 |
Tacikistan | 65,1 | 58 | 250,7 | 111 | -114,8 | -185,6 |
Ukrayna | 2439,6 | 67 | 2041,8 | 44 | -980,9 | 397,8 |
Göründüyü kimi, 2009-cu ilin yanvarında xarici ticarət üzrə müsbət saldo yalnız Azərbaycan, Qazaxıstan, Rusiya və Ukraynada müşahidə olunub. İlk üç ölkədə bu fakt həmin dövlətlərin neft ixracatçısı olması və neft ixracının artırılması ilə bağlıdır, Ukraynada isə müsbət saldo idxalın kəskin, daha dəqiq desək iki dəfədən artıq azalması nəticəsində baş verib.
Ümumilikdə, MDB məkanında yalnız Azərbaycan və Tacikistanda idxalın artımı müşahidə olunub, qalan ölkələr idxalını müxtəlif dərəcədə azaldıb.