Bank Of Baku

Azərbaycan Milli Bankına ipoteka qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər təqdim olunub

Azərbaycan Milli Bankına ipoteka qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər təqdim olunub
# 10 aprel 2009 10:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Banklar Assosiasiyasının (ABA) «İpoteka qanununa təkliflər»lə bağlı hazırladığı yeni layihənin yekun variantı qurumun Rəyasət Heyəti tərəfindən təsdiqlənərək Azərbaycan Milli Bankına (AMB) təqdim olunub. ABA-nın icraçı direktoru Fərhad Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, «İpoteka qanununa təkliflər»lə bağlı yeni layihə hazırda AMB-nin mütəxəssisləri tərəfindən müzakirə edilir.
F.Əliyev bildirib ki, mərkəzi bankın yekun rəyindən sonra həmin sənədin Nazirlər Kabinetinə təqdim olunacağı gözlənilir.
Qeyd edək ki, ipoteka qanunvericiliyi ilə bağlı təkliflər ABA-nın hüquqi məsələlər üzrə ekspert qrupunun nəzdində yaradılan ipoteka qanunvericiliyinin təkmilləşdirilməsi üzrə işçi qrupu tərəfindən hazırlanıb. Təkliflərin əsasən mövcud ipoteka kreditləşməsi şərtlərinin yumşaldılmasına istiqamətləndiyi bildirilir.
Xatırladaq ki, ABA 1990-cı ilin mart ayından fəaliyyət göstərir. Hazırda quruma 44 bank və 4 qeyri-bank təşkilatı üzvdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR