Bank Of Baku

Azərbaycanda bankların nağd valyutanın satışı alışdan təxminən 6 dəfə çoxdur

Azərbaycanda bankların nağd valyutanın satışı alışdan təxminən 6 dəfə çoxdur
# 10 aprel 2009 10:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bank sistemi üzrə kassa dövriyyəsinin mədaxil hissəsində xarici valyutanın satışından 2009-cu ilin yanvar-fevral aylarında bank kassalarına 1 329 181 800 manat məbləğində vəsait daxil olub.
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, kassa dövriyyəsinin məxaricində isə xarici valyuta alınmasına xərclənən vəsaitin həcmi 229 478 400 manat təşkil edib.
Beləliklə, cari ilin iki ayı ərzində bank kassalarının hesabatlarında əks olunmuş məlumatlara əsasən, xarici valyutanın satışı alışı 5,8 dəfə və ya mütləq ifadədə 1 099 703 000 manat üstələyib.
Eyni zamanda, xarici valyutanın satışından bank kassalarına mədaxilin həcmi ötən ilin yanvar-fevralı ilə müqayisədə 77,7% artdığı halda, xarici valyutanın alınmasına xərclər 33,4% azalıb.

* 10.04.2009-cu il vəziyyətinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 0,8032 manat təşkil edir
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR