Bank Of Baku

Azərbaycan Banklar Assosiasiyası Vyanada beynəlxalq bank konfransında iştirak edəcək

Azərbaycan Banklar Assosiasiyası Vyanada beynəlxalq bank konfransında iştirak edəcək
# 10 aprel 2009 10:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Banklar Assosiasiyası (ABA) bu ilin aprel aylının 23-25-də Vyanada (Avstriya) keçiriləcək MDB və Şərqi Avropa ölkələrinin III Vyana Bank Forumu və Ölkə və bank riskləri üzrə XX BACEE (Banking Association for Central and Eastern Europe) Konfransında iştirak edəcək.
ABA-nın icraçı direktoru Fərhad Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, Azərbaycan banklarının tədbirə qatılması üçün tədbirin iştirakçıları tərəfindən ABA-ya müraciət olunub. «Həmin konfransda hansı bankın iştirak edib-etməməsi bir başa bankların özündən asılı olan məsələdir. Konkret olaraq ABA özü bu beynəlxalq konfransda iştirak edəcək», - deyə F.Əliyev bildirib.
Qeyd edək ki, konfransda iştirak ödənişlidir.
Xatırladaq ki, ABA 1990-cı ilin mart ayından fəaliyyət göstərir. Hazırda quruma 44 bank və 4 qeyri-bank təşkilatı üzvdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR