Bank Of Baku

ABŞ iqtisadiyyatının bərpasına xərclənən vəsaitlər hələ fayda vermir

ABŞ iqtisadiyyatının bərpasına xərclənən vəsaitlər hələ fayda vermir
# 10 aprel 2009 11:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. ABŞ-da müşahidə olunan maliyyə böhranı hələ sona çatma mərhələsindən uzaqdır, hətta ümumilikdə iqtisadiyyatda onun dərinləşməsi prosesi gedir. «APA-Economics»in məlumatına görə, belə nəticə ABŞ hökumətinin böhrana qarşı tədbirlərin həyata keçirilməsi üzrə nəzarət üçün Konqres tərəfindən yaradılmış xüsusi komissiyanın hesabatında əks olunub.
Komissiya hesabatında qeyd edir ki, böhranın nəticələri ilə mübarizə üçün hökumət 4 trln. dollar həcmində vəsait ayırıb və ehtiyatda saxlayıb, lakin hələlik yalnız qeyri-müəyyən nəticələr əldə olunub. Harvard Hüquq Məktəbinin professoru Elizabet Uorrenin başçılıq etdiyi komissiyanın rəyinə əsasən, Maliyyə Nazirliyi böhranla mübarizəyə yanaşmasında siyasi alətlərin istifadəsinin mümkünlüyünə baxmalıdır, çünki komissiya hesab edir ki, problemli şirkətlər və onların rəhbərləri öz addımlarına görə məsuliyyət daşımalıdır, hətta bu məsuliyyətin şərtləri həm bazar iştirakçılarına, həm də kütləvi ictimaiyyətə aydın olmalıdır.
Hesabat müəlliflərinin fikrincə, müvafiq tənzimləmə orqanlarının nəzarəti altında maliyyə qurumlarının nizama salınmış müflisləşmə həmin maliyyə qurumları üzrə hökumət nəzarətinə tədricən keçməsinə nisbətən daha düzgün çıxış yoludur. Hesabatda vurğulanır ki, böhrana qarşı xilasetmə tədbirləri mütləq müflisləşən qurumların menecerlərinin məsuliyyətə cəlb edilməsi ilə müşayiət olunmalıdır.
Ümumilikdə, ekspertlərin hesablamalarına görə, cari ilin I rübündə ABŞ-da ÜDM-in azalması 5% təşkil edəcək. Qeyd edək ki, ötən ilin sonuncu rübündə ÜDM 6,3% azalıb. Makroiqtisadi və sosial göstəricilərin vaciblərindən biri olan işsizlik səviyyəsi ilin sonuna hazırkı 8,5%-dən 9,5%-dək arta bilər. Ötən il isə Amerikada 4,8 mln. iş yeri bağlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR