Bu ilin əvvəlinə Azərbaycanın məcmu öhdəlikləri 15 945,3 mln. dollar təşkil edib ki, bu da ötən ilin əvvəlinə nisbətən cəmi 804,3 mln. dollar və ya 5,3% çoxdur. Bu dərəcədə kiçik artım Azərbaycana birbaşa investisiyaların həcminin 2008-ci il ərzində cəmi 14,1 mln. dollar artması səbəbindən yaranıb. Qeyd edək ki, ölkəyə birbaşa investisiyaların tərkibində neft-qaz sektoru üzrə 581 mln. dollar və ya 14,5% həcmində azalması müşahidə olunub.
Beləliklə, 2009-cu ilin əvvəlinə Azərbaycanın xalis beynəlxalq investisiya mövqeyi müsbət 12 603,2 mln. dollar təşkil edib ki, bu göstərici son bir ildə 13 576,4 mln. dollar artıb, yəni ötən ilin əvvəlinə xalis beynəlxalq investisiya mövqeyi mənfi 973,2 mln. dollara bərabər olub:
(mln. ABŞ dolları)
Azərbaycanın beynəlxalq investisiyalar balansı | ||
| 01.01.2009 | 01.01.2008 |
Aktivlər | 28 548,5 | 14 167,8 |
Xaricə birbaşa investisiya | 5 232,0 | 4 676,4 |
Portfel investisiyaları | 550,7 | 229,9 |
Digər investisiyalar* | 4 210,4 | 1 882,3 |
Ehtiyat aktivləri | 18 555,4 | 7 379,2 |
Öhdəliklər | 15 945,3 | 15 141,0 |
Azərbaycana birbaşa investisiyalar | 6 611,7 | 6 597,6 |
Portfel investisiyaları | 177,3 | 203,9 |
Digər investisiyalar* | 9 156,3 | 8 339,5 |
Xalis beynəlxalq investisiya mövqeyi |
12 603,2 |
- 973,2 |
*Digər investisiyalara aktivlərdə və öhdəliklərdə müvafiq olaraq verilmiş və alınmış ticarət kreditləri, ssudalar, depozitlər və nağd valyuta daxildir.
Cədvəldən göründüyü kimi, Azərbaycanın ötən il xarici kreditor və investor mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib. Bu həm aktivlərin xeyli artması nəticəsində, həm də ölkənin öhdəliklərinin sabit qalaraq artmaması səbəbindən baş verib. Makroiqtisadi baxımdan, o cümlədən dünya iqtisadi böhranı fonunda çox aktual olan ölkənin xarici maliyyələşmədən asılılığının tam aradan qaldırılması baxımından, Azərbaycanın beynəlxalq investisiyalar balansının vəziyyəti çox pozitiv qiymətləndirilə bilər.