Bank Of Baku

Azərbaycanda kommersiya banklarının xarici öhdəlikləri azalır

Azərbaycanda kommersiya banklarının xarici öhdəlikləri azalır
# 10 aprel 2009 14:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəlikləri 2009-cu ilin martın 1-nə 1 969,9 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,04 dəfə çoxdur. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, cari ilin əvvəlindən kommersiya banklarının xarici öhdəlikləri 78,6 mln. manat və ya 3,8% azalıb, o cümlədən fevralda azalma 64,6 mln. manata və ya 3,2%-ə bərabər olub.
Kommersiya banklarının xarici öhdəliklərinin son illər ərzində kəskin artması müşahidə olunub. Məsələn, 2006-cı ildə bu göstərici 158,2 mln. manatdan 408,1 mln. manatadək (2,6 dəfə), 2007-ci ildə 971,6 mln. manatadək (2,4 dəfə), 2008-ci ildə isə 2 048,5 mln. manatadək (2,1 dəfə) artıb. Nəticədə, son üç ildə bankların xarici öhdəlikləri 13 dəfə artıb. Bu, ölkədə makroiqtisadi şəraitin əlverişli olması nəticəsində baş verib ki, xarici maliyyə qurumları yerli banklara böyük həvəslə kreditləri ayırıb.
Dünya maliyyə böhranı bu vəziyyəti dəyişərək, xaricdən cəlbetmə imkanlarını kəskin azaldıb. Azərbaycan kommersiya bankları, əsasən xaricdən maliyyələşmədən asılılığı böyük olan banklar fondlaşma zamanı risklərlə üzləşərək, öz kredit proqramları və fəaliyyətlərini ya kəskin azaldıb, ya da tamamilə dayandırıb. Bundan əlavə, xarici öhdəliklərin yerinə yetirilməsinə görə bir sıra bankın likvidlik problemləri yaranıb ki, onun aradan qaldırılması üçün Milli Bank tərəfindən uçot dərəcəsi bir neçə mərhələdə 15%-dən 3%-ə endirilib. Lakin vurğulamaq lazımdır ki, kommersiya banklarının məcmu xarici öhdəlikləri üzrə qalıq məbləği gözlənilən templərdən daha ləng azalır. Hətta ötən ilin sentyabrından sonra bu göstərici üzrə dəyişkən dinamika müşahidə olunub. Belə ki, dünya maliyyə böhranının nəticəsi kimi xarici öhdəliklərin kəskin azalacağı gözlənildiyi halda, oktyabrda 2 mlrd. manatdan 2,155 mlrd. manatadək artım, noyabrda 2,045 mlrd. manatadək azalma, dekabrda 2,049 mlrd. manatadək artım, yanvarda 2,035 mlrd. manatadək, fevralda isə 1,970 mlrd. manatadək azalma müşahidə olunub.
Ümumilikdə, dünya maliyyə böhranının əlamətləri üzə çıxandan sonra Azərbaycan kommersiya banklarının xarici öhdəlikləri cəmi 31,1 mln. manat azalıb, halbuki müqayisə üçün bu göstəricinin ötən ilin orta aylıq artımı 89,7 mln. manata, yəni bundan 2,9 dəfə artıq olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR