Bank Of Baku

ABŞ dövlət büdcəsinin kəsiri rekord həddə çatıb

ABŞ dövlət büdcəsinin kəsiri rekord həddə çatıb
# 11 aprel 2009 07:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin mart ayında ABŞ dövlət büdcəsinin kəsiri 192,3 mlrd. dollar təşkil edib ki, bu da bir aylıq kəsir göstəriciləri üzrə tarixi maksimumdur. «APA-Economics»in məlumatına əsasən, bu barədə ABŞ Maliyyə Nazirliyi tərəfindən dərc edilən rəsmi statistik hesabatda bildirilir. Qeyd edək ki, iqtisadi analitiklər kəsirin 150 mlrd. dollar miqdarında olacağını proqnozlaşdırırdı.
Beləliklə, cari maliyyə ilinin ilk 6 ayı ərzində ABŞ dövlət büdcəsinin kəsiri 956,8 mlrd. dollara çatıb. Xatırladaq ki, bir sıra ölkədə olduğu kimi, ABŞ-da maliyyə ili oktyabrın 1-də başlayır.
Eyni zamanda, ABŞ prezidenti Barak Obama iqtisadi müşavirləri və Amerikanın ən iri maliyyə institutlarının rəsmiləri ilə keçirdiyi görüşdən sonra bəyan edib ki, ölkə iqtisadiyyatında vəziyyət hələ də mürəkkəb olsa da, artıq sağlamlaşma əlamətləri görünür. «Bizim hələ də çox işimiz var, lakin artıq tərəqqini görürük», - deyən B.Obama əlavə edib ki, yaxın həftələr ərzində onun administrasiyası ölkədə biznes mühitinin yaxşılaşdırılmasına dair yeni tədbirlər planı ilə çıxış edəcək.
Büdcə kəsirinə gəldikdə isə, xatırlatmalıyıq ki, ölkə başçısı seçiləndən dərhal sonra B.Obama illik büdcə kəsirinin 1,75 trln. dollar səviyyəsində saxlanacağı barədə bəyanat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR