Bank Of Baku

Asiya İnkişaf Bankının Ekspert Komissiyasının sədri dəyişdirilib

Asiya İnkişaf Bankının Ekspert Komissiyasının sədri dəyişdirilib
# 13 aprel 2009 09:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Asiya İnkişaf Bankının (AİB) Ekspert Komissiyasının sədri dəyişdirilib. AİB-in Bakıdakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu vəzifəyə Rusdian Lyubis (Rusdian Lubis) təyin olunub. O, əvvəl bu vəzifədə çalışan xanım Auqustinus Rumansaranı (Augustinus Rumansara) əvəzləyib. A. Rumansarının səlahiyyət müddəti ötən ilin dekabrın 13-də başa çatıb. R. Lyubis isə vəzifəsinin icrasına bu gündən başlayacaq.

Qeyd edək ki, Ekspert Komissiyasının vəzifəsi AİB-in layihələrindən zərər çəkmiş ölkələrə yardım göstərmək və bu məsələlərdə həll yolunun tapılması daxildir.

Xatırladaq ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bu dövr ərzində AİB Azərbaycanın dövlət və qeyri-dövlət sektorlarına 300 mln. ABŞ dollarına yaxın kredit ayırıb. Hazırda AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində Azərbaycanda Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədi avtomobil yollarının reabilitasiya və genişləndirilməsi, Dəmir Yolu Ticarəti və Daşımalara Dəstək layihələri, habelə «Şəhər su təchizatı və kanalizasiya Layihəsi», «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi», Gəncə dairəvi avtomobil yolunun tikintisini və digər layihələr maliyyələşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR